İlham Əliyev: ''Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq''

İQTİSADİYYAT
19:52 10.10.2012
1847
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını təhlil edən prezident İlham Əliyev bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. Ölkədə abadlıq-quruculuq işləri genişlənib, yeni sənaye müəssisələri fəaliyyətə başlayıb. Doqquz ayda ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ümumi daxili məhsulda çəkisi 83 faiz, kənd təsərrüfatında artım isə 6,3 faiz olmuşdur. Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard ABŞ dolları artmış və hazırda 45 milyard dollar səviyyəsindədir.Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlət başçısı doqquz ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 ABŞ dolları, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu bildirib. Azərbaycan prezidenti ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən dövlət başçısı bu prosesin cari ilin doqquz ayında da müşahidə olunduğunu bildirib və bunun səbəbləri barədə danışıb. “Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər”, - deyən Prezident İlham Əliyev Azərbaycanın kredit reytinqlərinin artdığını vurğulayıb.Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən prezident İlham Əliyev ötən rübdə Azərbaycanın idman uğurlarının daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə edib. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulma Hərəkatının üzvü olan 120 ölkə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin dörddə üç hissəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür.“Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq”, - deyən prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu diqqətə çatdırıb.Sonra Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cari ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.Prezident İlham Əliyev yekun nitqində inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidən qurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib.Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını deyən prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını deyib.Dövlət İnvestisiya Proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini qeyd edən Azərbaycan Prezidenti ölkədə qaz hasilatının artdığını, “Ümid” yatağından qazın hasilatına başlanıldığını dedi və bir daha Transanadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxunub.Prezident İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin vacibliyini də qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb