İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
SİYASƏT
21:20 09.11.2020
802
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Bayden.

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər.

İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmişdir.

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.

Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir.

Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.

Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır.

Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədi rayonunda 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədi rayonunda 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”