İlham Əliyev Davudoğlunu təbrik etdi

İlham Əliyev Davudoğlunu təbrik etdi
Bütün Xəbərlər
13:47 02.11.2015
520
“Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin milli iradəsinin parlaq təzahürüdür”.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluna təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM  dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.
Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcək.
Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.
OXŞAR XƏBƏRLƏR