İlham Əliyev Dövlət Bayrağı Meydanında oldu - FOTOLENT

İlham Əliyev Dövlət Bayrağı Meydanında oldu - FOTOLENT
Bütün Xəbərlər
22:03 12.01.2012
1771
Azərbaycan Respublikası prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar.AZXEBER.COM-un “AzərTAc”a istinadən məlumatına görə Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verilib. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirilib. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaq. Dövlətimizin başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Görülən işlər barədə Prezidentə məlumat verilib. Dövlət başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxıblar. İnşaat işləri ilə tanışlıqdan sonra prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verib.
OXŞAR XƏBƏRLƏR