İlham Əliyev əfqan həmkarına başsağlığı verdi

İlham Əliyev əfqan həmkarına başsağlığı verdi
Bütün Xəbərlər
11:23 03.03.2015
618
“Yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
AZXEBER.COM  dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin şimal-şərq bölgəsində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
OXŞAR XƏBƏRLƏR