İlham Əliyev: "Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər”
Bütün Xəbərlər
12:00 16.10.2011
2474
“Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara məhdudiyyət qoymuruq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bəyan edib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda görülən işlər sadəcə müxalifətin məkanını daraldır: “Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.