İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTOLAR

İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi - FOTOLAR
SİYASƏT
11:28 16.07.2026
690
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.

Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırladı.

Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi.

Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulandı.

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirildi.

Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı