İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi
Bütün Xəbərlər
17:00 08.10.2014
558
Azərbaycan prezidenti İlham Əliyev “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.AZXEBER.COM-un məlumatına görə, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.

Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib, bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

OXŞAR XƏBƏRLƏR