İlham Əliyev: ‘Hər dəfə icra başçısı təyin edərkən tapşırıram ki, təmiz işləməlisən’

İlham Əliyev: ‘Hər dəfə icra başçısı təyin edərkən tapşırıram ki, təmiz işləməlisən’
Bütün Xəbərlər
12:40 14.04.2012
1972

“Harada ki, icra başçısı bunu doğruldur o, mənim tərəfimdən qiymətləndirilir, dəstəklənir”.

Prezident İlham Əliyev qərb bölgəsinə səfəri zamanı Ağstafada etdiyi çıxış zamanı icra başçılarının təyin edilməsi prinsipləri haqda danışıb. AZXEBER.COM-un Azərtaca istinadən xəbər verir ki, İ. Əliyev bildirib ki, hər bir rayon, hər bir kənd üzrə proqram vardır: “Bu, təkcə Ağstafanı deyil, bölgəni deyil, bütün rayonları əhatə edir. Əsas məsələ ondadır ki, yerlərdə bu proqramlar düzgün icra olunsun. Yerlərdə işləyən məmurlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsinlər. Hesab edirəm ki, indiki dövrdə bizim əsas vəzifəmiz bundan ibarətdir. Burada əlbəttə ki, kadrların düzgün seçilməsi məsələsi gündəmə gəlir. Mən çalışıram ki, bu kadrlar maksimum təhlil aparmaq şərti ilə seçilsin, təyin edilsin. Hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edərkən dəvət edirəm, tövsiyələrimi, göstərişlərimi, istiqamətləri verirəm ki, necə işləməlisən. Tapşırıram ki, təmiz işləməlisən, insanlarla bir yerdə olmalısan, insanların qayğıları ilə yaşamalısan, öz təşəbbüsünü də göstərməlisən. Çünki indi bölgələrdə layihələrin bir çoxu dövlət qurumları tərəfindən icra edilir. Qazlaşdırma, su, kanalizasiya layihələri, elektrik xətlərinin çəkilişi, böyük investisiya layihələri. Ancaq yerli icra orqanlarının da öz imkanları vardır. Onlar bu imkanlardan istifadə etməlidirlər. Harada ki, seçim düzgündür, orada işlər daha yaxşı gedir. Harada ki, bu seçimdə səhvə yol verilib, orada işlər o qədər də yaxşı getmir, yaxud da ki, pis gedir. Mən sizə deyə bilərəm ki, 8 ildən artıqdır ki, Prezidentəm. Bu illər ərzində elə yerlər var ki, orada icra başçısı bir neçə dəfə dəyişilib. Bir neçə dəfə. Etimadı doğrultmaq lazımdır. Harada ki, icra başçısı bunu doğruldur o, mənim tərəfimdən qiymətləndirilir, dəstəklənir. Harada ki, özünü doğrultmur əlbəttə ki, orada biz tədbirlər görürük və mənim bölgələrə səfərlərimin səbəblərindən biri də məhz bundan ibarətdir ki, gedim öz gözümlə görüm. Özüm görüm ki, insanların əhval-ruhiyyəsi necədir?! Abadlıq işləri, ümumən işlər necə gedir?! Əlbəttə, Prezidentin çox geniş, gərgin iş qrafiki vardır. Ancaq bölgələrə səfərlərim çox əhəmiyyətlidir, həm mənim üçün, həm də burada yaşayan insanlar üçün. Bu, dövlət məmurlarını da daim səfərbər vəziyyətdə saxlayır. Belə də olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”