İlham Əliyev: "İKT-nin inkişafına dövlət böyük qayğı göstərir"

İlham Əliyev: "İKT-nin inkişafına dövlət böyük qayğı göstərir"
Bütün Xəbərlər
23:40 22.11.2011
1538

Azərbaycan prezidenti İlham Əliyev "BakuTel-2011" 17-сi Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransının iştirakçılarına məktub ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir: "Hörmətli Sərgi və Konfrans iştirakçıları! Sizi - "BakuTel-2011" 17-ci Beynəlxalq sərgi və konfransının iştirakçılarını bu möhtəşəm tədbirin keçirilməsi münasibətilə təbrik edirəm. Builki Sərgi və Konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə qiymətin parlaq təzahürüdür. Ölkəmizdə hər il keçirilən bu Beynəlxalq Sərgi və Konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır”. Prezident İlham Əliyev məktubunda bildirib ki, Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir: “2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilmiş, hüquqi baza formalaşmış, uyğun islahatlar həyata keçirilmiş və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə investisiya qəbul edən müasir İKT bazarı yaradılmışdır. Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır. İnanıram ki, "BakuTel-2011" 17-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı müasir texnoloji nailiyyətlərin nümayişi, şirkətlərin, hökumət və dövlət təşkilatlarının, alim və mütəxəssislərin birgə müzakirələri, biznes əlaqələrinin qurulması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də Azərbaycanla yaxından tanışlıq üçün əlverişli mühit olacaqdır. Sərgi və Konfransın işinə uğurlar arzulayıram", - dövlət başçısının məktubunda qeyd olunur. Qeyd edək ki, Bakıda noyabrın 23-26-da "BakuTel-2011" 17-сi Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil