İlham Əliyev Koreya Prezidentinə başsağlığı verdi

İlham Əliyev Koreya Prezidentinə başsağlığı verdi
SİYASƏT
16:49 18.04.2014
1179
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı verib.
Başsağlığında deyilir: "Sevol" bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
OXŞAR XƏBƏRLƏR