Lord Sebastyan Koen I Avropa oyunlarının keçiriləcəyi idman obyektləri ilə yaxından tanış olacağını bildirib
Prezident İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib. Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını deyib.Öz növbəsində Lord Sebastyan Koen Azərbaycan idmançılarının XXX London Yay Olimpiya oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlət başçısını təbrik edib. O, səfəri zamanı I Avropa oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğulayıb.