Görüşdə Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşüb. AZXEBER.COM-un AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.