APA-ın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, idmançılar iştirak ediblər.London Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb.Azərbaycan nümayəndə heyətinin üzvləri də tədbirdə çıxış ediblər. Sonda idmançılar Azərbaycan bayrağını öpərək and içiblər.