İlham Əliyev: "Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram"

İlham Əliyev: "Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram"
SİYASƏT
12:26 25.11.2020
1308
"Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti bizə irəli sürəndə demişəm: Mənim bir şərtim var, - sənin yeddi şərtini zibil yeşiyinə atıram, - rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi”, - Prezident əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
Kafedə atışma olub, ölən və yaralananlar var
07:03 13.11.2026
Kafedə atışma olub, ölən və yaralananlar var