İlham Əliyev: "Tarixi abidələr, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib"

İlham Əliyev: "Tarixi abidələr, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib"
SİYASƏT
11:02 20.03.2021
742
"Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib.

"Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o "xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər", - Prezident bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi