İlham Əliyev Türkiyə xalqına başsağlığı verdi

İlham Əliyev Türkiyə xalqına başsağlığı verdi
Bütün Xəbərlər
21:56 23.10.2011
1559
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Van bölgəsində çoxsaylı insan tələfatı və dağıntılara səbəb olmuş zəlzələ ilə bağlı Türkiyə prezidenti Abdulla Gülə başsağlığı verib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərindən sarsıldığını bildirib.  “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”, - deyə dövlət başçısının məktubunda bildirilir.
OXŞAR XƏBƏRLƏR