İlham Əliyev: "Uşaqlar cəmiyyətimizin sabahıdır" - MÜRACİƏT

İlham Əliyev: "Uşaqlar cəmiyyətimizin sabahıdır" - MÜRACİƏT
Bütün Xəbərlər
19:37 16.11.2011
1526

Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevUşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb. AZXEBER.COM-un verdiyi xəbərə görə, məlumatı AzərTAc dövlət agentliyi yayıb. Müraciətdə deyilir: “Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar! Sizi – Uşaqların İkinci Ümumrespublika Forumunun iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd etməsi ilə əlamətdardır. Forumunuzun iştirakçısı olan uşaqlar da məhz müstəqillik illərində dünyaya göz açmışlar. İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz. Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu 1998-ci ildə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericilik və normativ-hüquqi aktlar mütəmadi təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlü və sağlam ruhda böyüməsinə yönəlmiş bir çox dövlət proqramları həyata keçirilmişdir. Ümidvaram ki, sizin forum respublikamızda uşaqlarla bağlı ardıcıl aparılan dövlət siyasətinin həqiqi davamına və tərkib hissəsinə çevriləcəkdir. Forumunuzun işinə uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər arzu edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
17:45 14.03.2025
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
17:36 14.03.2025
KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
17:27 14.03.2025
"Fənərbağça" - "Qalatasaray" oyununun dəqiq vaxtı açıqlanıb
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
16:18 14.03.2025
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”