İlham Əliyev və Mehriban Əliyeva “BakuTel” sərgisi ilə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva “BakuTel” sərgisi ilə tanış olublar
Bütün Xəbərlər
14:36 23.11.2011
2070
Bakı Sərgi Mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “Bakutel-2011” sərgisi Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə təşkil olunub. Bu il sərgidə 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən çox hissəsini yerli İT şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları və servis şirkətləri təşkil edir.
Diqqətə çatdırıldı ki, sərgidə ilk dəfə olaraq Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İspaniya, Kanada, Rumıniya, ABŞ, Türkiyə və digər ölkələrdən 18 milli ekspozisiya təqdim olunub.
Mərkəzin ikinci pavilyonunda isə Azərbaycan Respublikasının milli pavilyonu yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva milli və xarici pavilyonlarla tanış olublar.
OXŞAR XƏBƏRLƏR