İlham Əliyev və Mehriban Əliyeva Şahdağda oldular - FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva Şahdağda oldular - FOTOLAR
Bütün Xəbərlər
23:29 17.02.2012
5029
İlham Əliyev “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi ilə tanış olub
Bu gün prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin gedişi ilə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, Şahdağ qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənəcək. Kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılmışdır. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Prezident İlham Əliyev kompleksin lift bazasında həyata keçirilən işlərlə maraqlandı. Bildirildi ki, artıq lift bazasında tamamlama işləri görülür. Bu baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulmuşdur. Baza biri yeraltı olmaqla, üç mərtəbədən ibarətdir. Burada xizək avadanlığı kirayəsi bölməsi də vardır.Dövlət başçısına xizək bölməsində istifadə olunacaq və turistlərin ixtiyarına veriləcək xizək avadanlığı barədə məlumat verildi. Bazada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün də hərtərəfli şərait yaradılıb.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva nümunə üçün yaradılan otel otaqlarında şəraitlə tanış oldular.Daha sonra yüksəklikdən kompleksin ərazisini seyr edən dövlətimizin başçısına məlumat verildi ki, birinci mərhələ çərçivəsində qaz generator stansiyasının tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici infrastruktur üzrə də xeyli iş görülüb. Dövlət başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.AzərTac
OXŞAR XƏBƏRLƏR