İlham Əliyev və Mehriban Əliyevanın toy - FOTOLARI

İlham Əliyev və Mehriban Əliyevanın toy - FOTOLARI
Bütün Xəbərlər
13:08 26.08.2014
15841
Bu gün 50 illik yubileyini qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın toy fotoları yayılıb.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Azərbaycanın hazırki prezidenti İlham Əliyevlə 1983-cü ildə ailə qurub. Cütlüyün üç övladı və üç nəvəsi var.
Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
///anspress
OXŞAR XƏBƏRLƏR