İlham Əliyevdən Paralimpiya Oyunlarında uğur qazanan idmançılara TƏBRİK

İlham Əliyevdən Paralimpiya Oyunlarında uğur qazanan idmançılara TƏBRİK
MANŞET
20:40 29.08.2021
1180
Azərbaycan prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qələbə qazanan idmançıları təbrik edib.

AZXEBER.COM xəbər verir ki, ölkə başçısı bunula bağlı "Twitter"də paylaşım edib.

"Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm! "Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!", - deyə dövlət başçısının təbrikində qeyd olunub.
OXŞAR XƏBƏRLƏR