İlham Əliyevə qızıl nişan verildi

İlham Əliyevə qızıl nişan verildi
Bütün Xəbərlər
00:35 04.07.2012
1229

MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq...

Prezident İlham Əliyev Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Fəxri qızıl nişana layiq görülüb. AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, ÜHİK-in baş katibi Vladimir Şerbakovun imzaladığı qərarda deyilir: “Azərbaycan Respublikası həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətləri, həmkarlar ittifaqları üzvlərinin sosial-iqtisadi hüquqlarının, mənafelərinin və azadlıqlarının müdafiəsinə, həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə nüfuzunun artırılmasına əvəzsiz şəxsi töhfəsi, qətiyyətli və prinsipial mövqeyi, MDB-nin qorunub saxlanması və inkişafı, sosial-iqtisadi və siyasi sahələrə inteqrasiya üzrə çoxillik səmərəli fəaliyyəti nəzərə alınaraq və anadan olmasının 50 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ÜHİK-in “Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə” Fəxri qızıl nişanı ilə təltif edilsin”.

OXŞAR XƏBƏRLƏR