“Yeni Azərbaycan Partiyasının namizədi ilə siyasi müstəvidə kim rəqib olacaqsa...” “Bizim üçün növbəti prezident seçkilərində bizim üçün kimin rəqib namizəd olması əsas məsələ deyil. Əsas məsələ bizim namizədimizin qələbə çalmasıdır”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. O, müxalifətin prezident seçkilərinə hazırlıq prosesinə də toxunub: “Azad bir ölkədə də siyasi partiyaların azad şəkildə fəaliyyət göstərməsinə təminat var. Bu gün cəmiyyətimizdə 40-dan çox siyasi partiya, minlərlə QHT-lər fəaliyyət göstərir. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi ilə siyasi müstəvidə kim rəqib olacaqsa, partiyamiz azad və normal təbliğat kampaniyası apararaq üstünlüyümüzü göstərməyə çalışacağıq və üstünlüyümüzü göstərəcək də kifayət qədər əsaslar mövcuddur. Ona görə də müxalifətin konstruktiv və radikal qanadlarında kimin namizəd olması məsələsi onların daxili işidir. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, prezident seçkilərində müxalifət cəbhəsində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə rəqib ola biləcək namizəd yoxdur. Biz azad və demokratik ölkədə yaşayırıq. Azərbaycanda mətbuat tam azaddır, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından yüksək səviyyədə yararlanmaq imkanına malikdir, vətəndaşlar istədikləri ictimai qurumu yarada bilərlər, istənilən təşkilata üzv ola bilərlər, istədikləri mətbuat orqanını təsis edə bilərlər. Yəni ölkəmizdə hər hansı bir qadağa yoxdur, ölkəmizdə internet azadlığı yüksək səviyyədə təmin edilmişdir, insanlar qanunla müəyyən olunmuş qaydada istənilən siyasi və iqtisadi fəaliyyətlə məşğul ola bilirlər”.