İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir - CANLI

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir  - CANLI
SİYASƏT
10:24 03.02.2023
634
 10:24

 Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.


09.50

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edəcək. Dövlət başçısının çıxışı nəzərdə tutulub.

Çıxış Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında ("YouTube”, "Facebook”) canlı yayımlanacaq.

Qeyd edək ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, "Bulgargaz” EAD, "Bulgartransgaz”, İCGB, "Fluxys”, ROMGAZ SA, SACE, "Desfa”, "TotalEnergies”, "FGSZ Ltd”, SNAM, "Uniper”, "Petronas”, "ACWA Power”, "Masdar”, "Fortescue Future Industries”, "WindEurope”, "SolarPower Europe”, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da təmsil olunacaq.

Toplantı açılış sessiyasından sonra "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.

Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?