İlham Əliyevin ikinci dəfə prezident seçilməsindən dörd il ötür
Bütün Xəbərlər
07:43 15.10.2012
933
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 9, bu ali vəzifəyə ikinci dəfə seçilməsindən dörd il ötür. O, 2003-cü il oktyabrın 15-də seçicilərin 76%-dən çoxunun, dörd il əvvəl isə 89 faizə yaxının səsini qazanıb.İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub.1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb.1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.Evlidir. Üç övladı, iki nəvəsi var.Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya), “İsmoili Somoni” ordeni (Tacikistan).Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov - Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası), Ankara Universitetinin Fəxri dokrotu (Türkiyə).Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.