Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüşün yanvar ayının sonunda Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılıb.
Bu barədə "news.am" saytı məlumatlı mənbəyə istinadən yazıb. Görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə baş tutmalıdır.
Prezidentlər 2008-ci ildən bu yana 9 dəfə üçtərəfli formatda görüşüblər. 2011-ci ildə isə iki dəfə belə belə görüş baş tutub.