İlham Mirzəyevin səhhəti pisləşdi

İlham Mirzəyevin səhhəti pisləşdi
Bütün Xəbərlər
16:53 14.11.2014
1652
Tanınmış teleaparıcı İlham Mirzəyevin səhhəti yenidən pisləşib.
Bu barədə azvision.az-a İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə məlumat verib.
O bildirib ki, teleaparacı bir aydan artıqdır xəstəxanada müalicə olunur: “İlham Mirzəyev baş və bel ağrılarından əziyyət çəkir.
Ona görə də artıq bir aydan çoxdur ki, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində müalicə olunur. Onun səhhəti yaxşı deyil. Ağrıları var”.
Qeyd edək ki, İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.
OXŞAR XƏBƏRLƏR