İlham Mirzəyevin səhhəti pisləşib

İlham Mirzəyevin səhhəti pisləşib
MEDİA
12:21 26.07.2013
3610

Ailə üzvlərinin Publika.az-a verdikləri məlumatına görə, ikinci dəfə bıçaqlanması ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra aparıcı kəskin stress yaşayıb və qan təzyiqi qəfildən yüksəlib.   İlham Mirzəyevin hazırda ev şəraitində müalicə olunduğunu öyrəndik: “Axşam işdən evə gəldi və özünü yaxşı hiss etmədiyini dedi. Amma təcili yardım çağırmağa qoymadı. Bir də gördük ki, halı pisləşdi və dərhal təcili yardım çağırmalı olduq. Həkim onun kəskin stress yaşadığını və təzyiqinin qəfildən yüksəldiyini bildirdi. Bir neçə iynə vurulsa da, təzyiqi sala bilmədilər. Hətta həkimlər onun insult keçirə biləcəyini də gizlətmədilər. Səhərə yaxın təzyiqi nisbətən normallaşdı. Həkimlər ona stresdən uzaq olmağı tapşırıblar”. Xatırladaq ki, bir neçə gün bundan əvvəl mətbuatda İlham Mirzəyevin ikinci dəfə bıçaqlanması ilə bağlı xəbərlər yayılmışdı və bu xəbərlər məşhur aparıcının qəzəbinə səbəb olmuşdu. O hətta canlı yayımda veriliş zamanı əsəblərini cilovlaya bilmədiyindən halı pisləşmişdi.

OXŞAR XƏBƏRLƏR