İlham Mirzəyevin ürəyi getdi

İlham Mirzəyevin ürəyi getdi
Bütün Xəbərlər
10:49 14.04.2014
801
Onun barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb.
Teleaparıcı və baxıcı İlham Mirzəyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından Axar.az-a daxil olan məlumata görə, Nərimanov rayon məhkəməsində hakim Rəşad Abdulovun rəhbərliyi altında keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə ittiham tərəflərinin şikayətini təmin edib və İlham Mirzəyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində isə İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib.
Bundan sonra “İlhaMed” klinikasının təsisçisi və Space kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib.
OXŞAR XƏBƏRLƏR