Titullarının, mükafatlarının sayı-hesabı bilinməyən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevaya daha bir mükafat verildi.ANS PRESS-in məlumatına görə, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində möhtəşəm mükafatlandırma mərasimi keçirilib.Tədbirdə çıxış edən komtənin sədri Hicran Hüseynova dövlət, ailə və uşaq siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycanın qadın ictimai-siyasi xadimlərinə, millət vəkillərinə, o cümlədən mədəniyyət sahəsinin inkişafındakı xidmətlərinə görə bir sıra tanınmış simalara diplom və böyük mükafatlar təqdim edib.