İlhamla Fərizənin anaları Prezidentə müraciət etdilər

İlhamla Fərizənin anaları Prezidentə müraciət etdilər
Bütün Xəbərlər
14:47 29.08.2014
1141
İlham və Fərizənin məzarlarının təhqir edilməsi ilə bağlı şəhid anaları prezidentə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, 20 yanvar şəhidləri, bir müddət əvvəl məzarları təhqir edilmiş İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva baş verən hadisə ilə bağlı Azərbaycanın prezidenti İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir: “Hörmətli, Prezident! 20 yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin məzarlarının təhqir edilməsi hamı kimi bizi də çox sarsıdıb. Təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb və haqlı olaraq ölkə vətəndaşları bu vandalizmə öz etirazını bildirməkdədir. Şəhidlərimizin qəbirlərinin təhqir edilməsi dəhşətli hadisədir. Bunu ancaq erməni və ya erməni xislətlilər edər. Belə bir hadisənin baş verməsi ağla gələn iş deyil. Azərbaycanda bütöv bir nəslin qanlı yanvar hadisəsinin ağrısı ilə böyüdüyü bir zamanda hansısa bir şərəfsizin (yaxud şərəfsizlərin) aramızda yaşaması dəhşətlidir və bu yolverilməzdir. Belələri istədikləri vaxt istənilən qeyri-insani hərəkətlərə yol verərlər. İnsanlıq adına, etikasına sığmayan bu hərəkət gözünün ağını-qarasını itirmiş bizi anaların ürəyinə daha ağır dağ çəkib. Ana ürəyi haradasa oğul-qız itkisinə dözə bilər, amma canlarını vətən üçün fəda etmiş İlhamla Fərizənin qəbirlərinin təhqir edilməsinə dözə bilmir! O ürək ah-nalə püskürər, onun təlatümü zəlzələdən lərzə gələn torpaq iniltisi qədər dəhşətli olar.
Məlumdur ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıb. Heç bir şübhəmiz yoxdur ki, cinayətkarlar Sizin göstərişiniz və ciddi nəzarətiniz sayəsində tapılacaq və ən layiqli cəzaların alacaqlar. İlham və Fərizənin - onların timsalında bütün şəhidlərin - ismətini qorumaq hamımızın borcudur. Bu mənada çox istərdik ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülsün, baş və sinə daşları təzələnsin.
Həm də təklif olaraq demək istəyirik ki, Şəhidlər Xiyabanına müşahidə kameralar yerləşdirilsin.
Dərin hörmətlə, İlhamla Fərizənin anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva”
Qeyd edək ki, iki gün öncə “20 yanvar” Cəmiyyəti də baş vermiş hadisə ilə bağlı Azərbaycanın Daxili İşlər naziri Ramil Usubova və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər