İlin ən böyük gənclər festivalı yaxınlaşır

GƏNCLİK
13:25 19.05.2016
2513
Ölkənin ən böyük gənclər layihəsinə hazırlıqlar davam edir. 11 001 gəncin iştirak edəcəyi “IB Gənclər Festivalı”nın artıq ali və orta ixtisas müəssisələrində təqdimatları başlayıb. Festival haqqında məlumat Təşkilat komandasının üzvləri tərəfindən təhsil müəssisələrinin akt zallarında, dərs auditoriyalarında gənclərə çatdırılır, məlumat vərəqləri paylanılır.
Həmçinin Festivalın dəstəkçiləri sırasına “Cinema Plus” qoşulub. Belə ki, Festival gününə kimi “Cinema Plus” zallarında filmlərdən öncə Festivalın təqdimat videosu göstəriləcək və gələnlərə məlumat vərəqləri paylanacaq.
Eyni zamanda Təşkilat Komitəsindən verilən məlumata görə Festivala maraqlı gözləntilərin üzərindədir. Belə ki, artıq 8000-dən çox gənc qeydiyyatdan keçib və 4500 nəfərin adı saytda yerləşdirilib.
Qeyd edək ki, 25 İyun tarixində “IB Club” Gənclərin İnkişaf Mərkəzi və “Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı ilə ölkənin ən böyük gənclər tədbiri “IB Gənclər Festivalı” baş tutacaq. 11001 gəncin iştirakı ilə Bakcell Arenada baş tutacaq festivalın təşkilati dəstəyi “ASAN Könüllüləri” Təşkilatı və “YAP” Gənclər Birliyidir. Festivalın keçirilməsində məqsəd gənclərin bir gün ərzində əylənərək öyrənə biləcəkləri unudlmaz bir günü yaşatmaqdır.
Bəs, “IB Gənclər Festivalı” nədir?
GƏNC və GƏNC ruhlu insanlar, bu Sizin Festivalınızdır!
Həm əylənmək, həm öyrənmək? Bunun cavabını yaşayacaqsınız. Həm də tək yox, nə az, nə çox 11 001 gənclə! 11 001 ürək birlikdə döyünəcək, birlikdə öyrənib, birlikdə əylənəcək! Əsl gənclik havası Festivalda olacaq!
Tamamilə ödənişsiz olan dəvətnamələri əldə etmək üçün sayta daxil olaraq qeydiyyatdan keçmək mümkündür. (www.ibgenclerfestivali.az )
11001-dən biri SƏNsən!
Arenaya gəl, həyəcanı yaşa!

OXŞAR XƏBƏRLƏR