ilkaddimlar.com İnternet portalının yeni versiyası təqdim olunub

ilkaddimlar.com İnternet portalının yeni versiyası təqdim olunub
Bütün Xəbərlər
20:15 16.12.2011
3019
Bu gün Azərbaycanda yeganə İnformasiya Texnologiyaları tədrisini həyata keçirən ilkaddimlar.com İnternet portalının yeni versiyası təqdim olunub. AİF-in təşkilatçılığı keçirilən təqdimat mərasimində Milli Məclis, Təhsil Nazirliyi, ali məktəblər və müxtəlif ictimai qurumlardan nümayəndələr iştirak edib.Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib ki, təhsilin elektronlaşdırılması sahəsindəki 2008-2012-ci illər üçün nəzərdə tutulan dövlət proqramı gələn il sona çatsa da, belə layihələr gələn proqramlarda nəzərə alınmalıdır. Bu versiyada istifadəçilər nəinki referat və elmi iş yükləyəcək, həmçinin müxtəlif sahələrə aid kitablar və Azərbaycan dilində video dərslikləri izləyəcəklər. Layihənin rəhbəri Rəşad Əliyev isə çıxışında rəhbəri olduğu layihənin məqsədləri və fəaliyyət istiqamətindən söz açıb. O, bildirib ki, yaxın gələcəkdə Universitetlərin nəzdində İnternet İnstitutları açmaq, İnformasiya Texnologiyaları sahəsində onlayn tədrisin inkişaf etdirilməsi üçün yeni layihələrə qoşulmaq niyyətindədirlər: “Artıq bu işdə müəyyən uğurlara da imza atılıb. Belə ki ,Xəzər Universitetinin nəzdində Xəzər İnternet İnstitutu yaradılıb, Odlar Yurdu Universiteti ilə isə bu tip İnstitutun yaradılmasına dair danışıqlıqlar gedir.”Bundan başqa, Əliyev bildirib ki, gələcəkdə layihəyə elektron vasitələr və cihazlarla keçirilən tədris formatını əlavə etmək niyyətindədirlər.Tədbirdə Təhsil Nazirliyi, Təhsilin İdarəolunmasının Məlumat Sistemləri nümayəndəsi Akif Əliyev də çıxış edib: “Bu layihə təhsilin ictimailəşdiyini göstərir. Belə layihələr çoxaldıqca bu sahədə təhsil də təkmilləşəcək”- deyə o bildirib.Daha sonra tədbir İKT sahəsində təhsillə bağlı fikir və müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək