Çılpaq qızlar Türkiyədə aksiyaya qoşulacaq

Çılpaq qızlar Türkiyədə aksiyaya qoşulacaq
Bütün Xəbərlər
14:05 18.06.2013
5698

Dünyanın bir çox ölkələrində keçirdikləri yarıçılpaq aksiyaları ilə məşhurlaşan ukraynalı FEMEN-çilər indi də Türkiyəyə gəlməyə hazırlaşırlar.  Anspress-in məlumatına görə, FEMEN-in saytında "Ərdoğanla görüşməyimiz üçün bizə kömək edin" sözləri yer alıb. Ukraynalı qızlar daha sonra yazıblar ki, Taksim Meydanında nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunmasına artıq dözümlülük nümayiş etdirə bilmirlər:  "Bu günlərdə sizin yanınızda olmalıyıq. Ərdoğanın Türkiyəni daha da geri aparmasını izləyə bilmərik. Baş verənlər sadəcə Türkiyə üçün deyil, bütün müasir dünya üçün tam fərqli bir faciə oldu". Bundan başqa, FEMEN-çilər Türkiyəyə gələ bilmək üçün onlara bilet göndərilməsini də rica ediblər. "Təyyarə biletini alan kimi sizə qatılaraq, sinə-sinəyə verib, dirənməyə hazırıq", - deyə FEMEN-nin saytında bildirilir.

OXŞAR XƏBƏRLƏR