İlqar Mikayıloğlu cəbhə xəttinə gedən jurnalistləri yıxıb-sürüdü

İlqar Mikayıloğlu cəbhə xəttinə gedən jurnalistləri yıxıb-sürüdü
Bütün Xəbərlər
14:15 06.08.2014
25912
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu cəbhə xəttinə gedib, oradan yanlış xəbər verən jurnalistləri kəskin tənqid edib.
AZXEBER.COM xəbər verir ki, teleaparıcı cəbhəyə gedənləri saxta qəhrəman adlandırıb: 
"İndiki müxbirciklərin böyük əksəriyyəti cəbhə xəttinə xəbər gətirmək üçün getməyib. Onlara elə gəlir ki, Çingiz Mustafayev, Vahid Mustafayev, Mirşahin Ağayev, Şakir Eminbəyli, Gündüz Bakılı, Asif Bağırov, Vaqif Dərgahlı, mayor Rahib ola biləcəklər. Bir sözlə qəhrəman olmaq istəyirlər. Onlara cəbhədə atışma oyun-oyuncaq gəlir. Çünki nə qulaqlarının dibində mina partlayıb, nə pulemyot onları palçığa sıxıb. Nə acından donmuş çörək yeməyiblər, nə səngərdə başlarının altına maqazin qoyub yatmayıblar. Nə də parçalanmış meyid daşımayıblar.
Teleaparıcı həmçinin deyib ki, jurnalistlərin çoxu cəbhə bölgəsinə şəkil çəkdirmək üçün gedib: 
"Gedib kəndin yol işarəsinin altında şəkil çəkdirməkdi onların işi və qanmazlıqları ucbatından yalan xəbər yaymaq. Bir sözlə indikilərin böyük əksəriyyəti sırf özünü gözə soxub qəhrəman olmaq istəyir".
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR