Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" Mahnı Müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, müsiqiçi Zəhra Bədəldəyli, mügənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunub.
AZXEBER.COM-un məlumatına görə, bu il Milli Seçim turuna Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə İbrahimova qatılmayıb. Keçən il son beşliyə düşən İlqarənin bu il müsabiqəyə qatılmaması çoxlarını təəcübləndirib. Çünki İbrahimova özü müsahibələrində bu il müsabiqəyə qatılacağını demişdi.
AZXEBER.COM-a daxil olan məlumata görə, Aygün Kazımova özü qızına müsabiqədə iştiraka icazə verməyib. Buna səbəb keçən il İlqarəyə külli miqdarda pul ayırması olub. Mənbənin dediyinə görə, xalq artisti qızına 100 min manatdan çox SMS göndərib. Amma buna rəğmən "Eurovision"a İlqarə yox, Eldarla Nigar yollanıb. Başqa bir səbəb isə bir neçə ay öncə İlqarənin internetdə erotik videosunun yayılmasıdır. Belə ki, həmin videodan sonra İlqarədə ciddi psixoloji problemlər yaranıb və o ruhdan düşdüyündən müsabiqəyə qatılmaq istəməyib.