Avqustun 20-də Sabunçu rayonu 14 saylı polis bölməsinin əməkdaşlarının apardıqları əməliyyat nəticəsində 1000 avro və mobil telefon oğurlayan şəxsi saxlayıblar. Cinayətin qurbanı isə Bilgəhdəki prestijli otellərdən birində qonaq olan paytaxt sakini İlyas Məmmədov olub.
AZXEBER.COM vesti.az-a istinadən xəbər verir ki, oğurluqda şübhəli bilinən 20 yaşlı Bakı sakini olan qadını saxlayıblar. Oğurlanmış mobil telefon və pullar sahibinə geri qaytarılıb. Həmin qadın isə qanun qarşısında cavab verməli olacaq.
Avqustun 19-da evli olan İ.Məmmədov prestijli oteldə istirahət etmək qərarına gəlib. Səhəri ayılanda isə qarət olunduğunu anlayıb.
Ərizəsində Məmmədov bildirib ki, yüngül əxlaqlı bir qızla tanış olub. Müəyyən məbləğ müqabilində birgə vaxt keçirmək qərarına gəliblər.
Ehtiraslı sevgi gecəsindən sonra Məmmədov yuxuya gedib. Səhər ayılanda isə yeni tanışı onun yanında olmayıb. Bundan başqa, o, 1000 avro pulu və mobil telefonunu da tapmayıb.
Polisə ifadə verən qadın deyir ki, İlyas həmin vaxt sərxoş olub. Bu səbəbdən də onun pullarını oğurlamaq çətin olmayıb. Qadın barmen işində çalışdığını, eyni zamanda intim xidmətlərdən də pul qazandığını etiraf edib. Bununla o deyib ki, həmin gecə İlyas ilə yatağa girməyib. Məmmədov yatıb. Qadın isə onun pullarını götürüb gedib.