Çimərlikdə gözəl görünmək üçün oxu və əməl et

Çimərlikdə gözəl görünmək üçün oxu və əməl et
Bütün Xəbərlər
13:07 15.05.2013
1694
Yay fəslinin gəlməsinə bir ay qalır. Siz dənizdə çimməyə hazırlaşırsınız. Amma qışdan sonra güzgüyə baxarkən gözləriniz yaşla dolur.AZXEBER.COM-un "Aysel"ə istinadla verdiyi məlumata görə, ilk öncə düzgün qidalanmanın əsas prinsiplərini yadda saxlamaq lazımdır.Vitaminlər və digər faydalı maddələrOrqanizmdə vitaminlər və digər faydalı maddələr çatışmayanda piy yığılması baş verir. Bu halda o, göstərilən maddələri nə vaxt alacağını bilmədən gələcək üçün ehtiyat toplamağa başlayır. Belə qidalandırıcı maddələr əsasən noxud, tərəvəz, meyvə, paxla kimi dənli bitkilərin tərkibində olur. Göründüyü kimi, bu pəhriz çox sadə və asan başa gəlir. Pəhriz müddətində təzə meyvə-tərəvəz, kəpəkli buğda çörəyinə üstünlük verin. Çünki qidada göstərilən məhsulların bol olması sellülioz aclığını azaldır və mədənin dolu olduğu təəssüratı yaranır. Bu halda mədə lazım odan sellüliozu aldığı üçün özünə ehtiyat piy toplamayacaq.Şirniyyat və un məmulatlarıOrqanizmin şirniyyata və un məmulatlarına münasibəti. Heç kim demir ki, rasiondan bu məhsulları tamam çıxarmaq lazımdır. Heç vaxt «nə - nə də» deyib müəyyən qidalardan imtina etməyə, yaxud etməməyə and içmək lazım deyil. Həmin qidaları kalorisi az olan çərəzlərlə əvəz etmək daha yaxşı olar. Heç bir yeməkdən imtina etmək lazım deyil. Çünki nə vaxtsa özünüzü saxlaya bilməyib pəhrizinizi pozacaqsınız. Və belə vaxtda «darıxmış orqanizm» bütün bu çərəzləri mənfur piy üçün saxlayacaq. Siz isə yenə də oturub bir ay ərzində necə arıqlamaq haqqında düşünəcəksiniz. Çıxış yolu üçün vacib olan bir məsələ var - ölçü. Yəni tez-tez, amma az-az yemək lazımdır. Bu, əsas prinsipdir."Yüngülləşdirici günlər"Bəzən "yüngülləşdirici günlər" üsulundan da istifadə etmək olar. Belə günlərdə müxtəlif qida məhsulları yaxşı kömək edir: qatıq, kəsmik, alma, tərəvəz. Yüngülləşdirici günlərdə qidalanmanı balanslaşdırmaq məsələsində diyetoloq həkimlərdən dəyərli məsləhətlər almaq da olar. Hər orqanizmin yüngülləşdirici günlərə uyğun qida məhsulu daha təsirli effekt verir. Diyetoloq həkimlərin məsləhətlərindən sonra belə yüngülləşdirici günləri asan keçmək olur. Bu halda ac qalmağa, yaxud sərt diyetalara ehtiyac qalmır. Yalnız rasionda olan qidaları düzgün balanslaşdırmaq və idmanla fəal məşğul olmaq lazımdır. Bunu həyat tərzinə çevirmək isə daha yaxşıdır.Kim sevirsə, idmanıƏgər idman növləri ilə məşğul olsanız və paralel olaraq düzgün qidalanma qaydalarına riayət etsəniz, səhhətinizə zərər yetirmədən bir ay ərzində 3-4 kiloqram artıq çəkidən azad ola bilərsiniz.Fiziki yüklənmə olmadan heç bir diyeta təsir göstərmir, xüsusən də bir ay ərzində pəhriz saxlamadan arıqlamaq istəyən insanlar fiziki mənada daha çox çalışmalıdırlar. Tələb olunandan çox enerji sərf etmək! Bu sizin üçün əsas tələb olmalıdır. Yalnız belə olduqda diyetasız arıqlamaq mümkündür. Odur ki, özünüz üçün xoşladığınız fiziki yüklənmə növü seçin. Trenajor zalı, fitnes, tay-bo, step-aerobika, akva-aerobika, rəqslər və s. bu qəbildən olan fiziki yüklənmə vasitələridir. Müasir idman klublarının təklif etdiyi bütün müxtəlifliklər arasında özümüzə xoş gələn məşğələləri seçmək elə də çətin deyil. Əgər fitnes-kluba getməyə imkan yoxdursa, ruhdan düşməyin, çünki bir ay müddətində ev şəraitində də arıqlamaq mümkündür! İp (ipatdı oyunu üçün), qurşaq (çənbər), döşəmədə uzanılı vəziyyətdə qalxma, gövdəni qaldırma və s. Bu tapşırıqlar bütün əzələlərin işləməsinə kömək edir.Faydalı məsləhətlərBir ay ərzində çəkisini bir neçə kiloqram azaltmaq istəyənlər üçün daha bir neçə sadə məsləhət:Qeydlər edirik.Gün ərzində yediklərinizin hamısını qeyd edin. Həmin siyahının sadə təhlili ilk müsbət nəticələrini verəcək. Çox güman ki, bunlar əsasən qəlyanaltı adlanan tumlardan, konfetlərdən, bulkalardan və s. təşkil olunacaq. Qida siyahısında maksimal ixtisar aparmağı qarşıya məqsəd qoyun, dözülməz aclıq hissi sizə üstün gəldikdə isə çalışıb daha çox maye qəbul edin, meyvələr yeyin.Mədəmizi aldadırıq.Bir ay müddətində arıqlamağın real olması üçün mədənizi aldatmağı öyrənin. Sözsüz ki, hər birimizin sevimli xörəyi var və onları hər zaman qəbul etməyə hazırıq. Bunlar çox zaman «zərərlilər» bölməsindən olan qidalar, məsələn, undan hazırlanmış, qızardılmış, hisə verilmiş, yaxud duzlu xörəklərdən ibarət olur. Əlbəttə, onları rasiondan bütünlüklə çıxarmaq olmaz, amma heç olmasa 10%-ni ixtisara salmaq yaxşı nəticə verər. İtirilən qidaların yerini isə bitki mənşəli qidalarla doldurun - faydalı və azkalorili. Doyumluluq hissi insana qidadan əvvəl gəlir. Çox güman ki, siz lazım olduğundan çox qida qəbul edirsiniz. Belədə onların yarısını yeyin. Çox keçmədən yeni fərqi müşahidə edəcəksiniz. Bəzi xırda psixoloji üsulları da unutmayın. Məsələn, özünüz üçün kiçik boşqab alın, onun içində qida çox görünür. Yeri gəlmişkən, rənglərin də təsiri az olmur. Məsələn, qırmızı və narıncı kimi parlaq çalarlar iştahanı artırır, göy, yaxud yaşıl isə əksinə, iştahanı azaldır.Sevimli serial, yaxud kəskinsüjetli döyüş serialına baxandan sonra istənilən hər şeyi yemək olur. Çünki baxılandan serial bir saat yarım keçmiş mədəyə asanlıqla pop-korn, bir litr qazlı su və kolbasalı buterbrod yerləşir. Ona görə də orqanizminizi belə məhsullardan uzaq olmağa öyrəşdirin.Hər dəfə qida qəbul etməzdən əvvəl, xüsusilə də yeməklərin bol olduğu banketlərdə su için. Su içməklə siz orqanizminizi aldatmış və iştahanızı azaltmış olursunuz. Normada gün ərzində 8-10 stəkan su tələb edilir. Bu, orqanizmdə mayenin toplanıb qalmasının qarşısını alır və arıqlamağa kömək edir.
OXŞAR XƏBƏRLƏR