İmişlidə canavarlar qoyun sürüsünə hücum edərək 65-ni parçaladı

İmişlidə canavarlar qoyun sürüsünə hücum edərək 65-ni parçaladı
Bütün Xəbərlər
09:19 04.12.2012
1563

İmişli rayonunda canavarlar sürü halında hücum edərək xeyli sayda xırdabuynuzu heyvanı parçalayıb.

AZXEBER..COM-un məlumatına görə, hadisə gecə saatlarında İmişlinin Qaravəlli kəndində baş verib.

Tez-tez kəndə hücum edən canavarlar bu dəfə Vahid Vəliyevə məxsus heyvanlara xeyli ziyan vurub.Havanın dumanlı olduğu bir vaxtda həyətə daxil olan canavarlar bir neçə dəqiqə ərzində 65 baş qoyunu parçalayıb. Ev sahibi isə bundan səhər xəbər tutub.Sakinlərin sözlərinə görə, canavarlar təkcə Vahid Vəliyevin deyil, digər kənd sakinlərinin də qorxusuna səbəb olub. Son zamanlar xeyli sayda artan canavar sürü halında heyvan otaran sakinlərə də hücum çəkir. Axşam saatlarında isə canavarların qorxusundan kənddə gəzmək müşkül məsələyə çevrilib.Qeyd edək ki, belə hadisələr hər il kənddə baş verir. Kənd sakinləri isə əliyalın olduğundan canavarların qarşısında aciz qalıblar. Sakinlər bununla bağlı aidiyyati qurumlardan kömək istəyirlər.

OXŞAR XƏBƏRLƏR