AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elnur Əliyev arvadı Vəfa Əliyevanı Cavad Rəfiyev adlı şəxs ilə yaxalayıb. O qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu Cavad Rəfiyevə xəsarət yetirib.Qadın aldığı xəsarətdən hadisə yerində ölüb, Cavada isə xəstəxanada tibbi yardım göstərildikdən sonra İmişli RPŞ-yə gətirilib. Elnur Əliyev könüllü olaraq RPŞ-yə gələrək təslim olub.