İmişlidə iki yanğın: Market tamamilə kül oldu, ot bağlamaları yandı

İmişlidə iki yanğın: Market tamamilə kül oldu, ot bağlamaları yandı
HADİSƏ
20:55 06.11.2025
160
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində iki ayrı yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, yanğınlardan birincisi Kamran Mirzəyevə məxsus ticarət obyektində baş verib. Ümumi sahəsi 42 kvadratmetr olan birmərtəbəli market qısa zamanda alovlanıb.

Alov daha sonra qonşu əraziyə keçərək, 12 kvadratmetr sahəsi olan bitişik talvarı da bürüyüb. Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın nəticəsində market tamamilə yanaraq külə dönüb. Talvarın taxta atmaları və altında yerləşən üç ədəd soyuducu da yanaraq yararsız hala düşüb.

İkinci yanğın hadisəsi də Bəhrəmtəpə qəsəbəsində - fərdi təsərrüfat sahəsində baş verib. Həyətyanı sahəyə yığılan ot bağlamaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunsa da, ümumi 6 ton ot bağlamasından 2 tonu yanaraq məhv olub.

İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, baş verən yanğınlar nəticəsində xəsarət alan olmayıb.

Hazırda hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır, yanğınların başvermə səbəbləri müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR