İmişlidə kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı

İmişlidə kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı
Bütün Xəbərlər
10:52 07.04.2015
1011
Faktla bağlı cinayət işi açılıb.
İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.
AZXEBER.COM AzadlıqRadiosuna istinadən xəbər verir ki, iki övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.
OXŞAR XƏBƏRLƏR