İmişlidə 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılan məclisin qarşısı alınıb.
Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.











































