İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü xəstəxanada dünyasını dəyişdi

SOSİAL
21:29 16.02.2020
2049
İmişlidə məskunlaşan məcburi köçkün ailəsinin turşudan zəhərlənən 15 yaşlı qız övladı reanimasiya şöbəsində ölüb. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 12-də Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. 

Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib və daha ağır vəziyyətdə olan Səyalı Ağayeva orada vəfat edib. 

Komatoz vəziyyətdə rayon xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən ailənin 15 yaşlı qızı Samirə isə bu gün xəstəxanada ölüb. 

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:20 16.07.2020

Prezident Ceyhun Bayramovu videoformatda qəbul etdi

16:15 16.07.2020

Xalqımızla birlikdə Ali Baş Komandan cənab İlham Əliyevin və müzəffər ordumuzun arxasındayıq!

16:10 16.07.2020

Ermənistanın Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına CAVAB

16:04 16.07.2020

Azərbaycan Müdafiə naziri müavini Türkiyəyə gedib, Hulusi Akarla görüşüb

15:50 16.07.2020

Yeni təyin olunan XİN rəhbəri kimdir - DOSYE

15:37 16.07.2020

Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib - RƏSMİ

15:32 16.07.2020

Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı

15:22 16.07.2020

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi

15:19 16.07.2020

Prezident Elmar Məmmədyarovu işdən çıxardı

15:10 16.07.2020

Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”

15:03 16.07.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

14:55 16.07.2020

“Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir” - Prezidentin köməkçisi

14:51 16.07.2020

“Nar” SİM kartlarını yeni eko formatda təqdim etdi!

14:46 16.07.2020

Səfərbərlik Xidmətində qeydə alınanların sayı açıqlandı

14:43 16.07.2020

Azərbaycanlılar Paşinyanı canlı yayım açmağa peşman etdilər - VİDEO+FOTOLAR

14:39 16.07.2020

Bakıda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

X Mostbet