İmtahan vermədən tələbə olmaq istəyənlərin diqqətinə

İmtahan vermədən tələbə olmaq istəyənlərin diqqətinə
Bütün Xəbərlər
13:32 16.04.2012
1949

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

TQDK-nın Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri aprelin 16-dan mayın 18-ə qədər TQDK-ya və ya qurumun regional bölməsinə Naxçıvan, Gəncə, Quba,Lənkəran, Şəkidə yerləşən regional bölmələrinə təqdim etməlidirlər:

1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti;

2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə).

OXŞAR XƏBƏRLƏR