İmtahanlarına buraxılmayacaq abituriyentlərin sayı açıqlandı
Bütün Xəbərlər
16:31 24.07.2012
1280
Azərbaycanda ali məktəblərin IV və II ixtisas qrupu üzrə qəbul imtahanlarına buraxılmayacaq abituriyentlərin sayı açıqlanıb.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, iyulun 27-də keçiriləcək IV ixtisas qrupunun imtahanlarında iştirak etməli olan 288 abituriyent imtahana buraxılmayacaq: “Bu qrup üzrə sənəd verən abituriyentlərin arasında orta məktəblərdəki buraxılış imtahanlarından kəsilən olmayıb. 288 nəfər isə rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Beləliklə də, IV ixtisas qrupu üzrə sənəd verən 13827 abituriyentdən imtahanlarda ancaq 13539 nəfəri iştirak edəcək”.