"İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır"

"İmzalanmış Siyasi Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır"
SİYASƏT
11:32 24.06.2022
415
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərinin inkişafına yeni mərhələnin əsasını təşkil edir. Səfər çərçivəsində qarşılıqlı iqtisadi fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparıldı. İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın fikirlər, niyyətlər və planlar ifadə edildi, strateji yol xəritəsi müəyyənləşdirildi.

Dövlət başçılarının görüşü zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, təxminən üç onillik ərzində mövcud olan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişafı tərəfdaşlığın güclənməsini mümkün və təmin edib. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində 21 iyun 2022-ci il tarixində 20-yə yaxın sənədin, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamənin imzalanması ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. 

Strateji tərəfdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından da vacib və əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan ilə Özbəkistanın Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələri mövcuddur. Daşkəndin Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli və birmənalı dəstəyi isə xüsusi qeyd edilməlidir. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın azad edilməsi və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. 

Yeni mərhələdə Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi Türk dünyasında inteqrasiyanın sürətləndirilməsi və münasibətlərin sıxlaşdırılması baxımından da faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki ölkə üçün deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması baxımından əhəmiyyətlidir. Daha dəqiq desək, Azərbaycan ilə Özbəkistanın töhfələri Türk Dövlətləri Təşkilatının mövqeyinin möhkəmlənməsi, təsir imkanlarının artırılması üçün olduqca önəmlidir. Xüsusilə də, 44 günlük müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyası üçün də perspektivlərin yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda önəmli siyasi, iqtisadi dividendlər vəd edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında fəal rol oynayıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq "Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bölgədə kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin yaradılması, eyni zamanda, türkdilli ölkələr arasında çoxşaxəli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezidentin  səfər zamanı tərəflər yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəliblər. Beləliklə, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlir. 

Abbas Əliyev Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
11:14 08.10.2026
Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
11:14 08.10.2026
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
11:12 08.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
11:11 08.10.2026
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
11:09 08.10.2026
Sadır Japarov: Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
11:07 08.10.2026
Prezident: Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"
11:06 08.10.2026
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"
Lahıcın 700-800 illik kürəbənd sistemi bu gün də işləyir
11:05 08.10.2026
Lahıcın 700-800 illik kürəbənd sistemi bu gün də işləyir
11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı
11:00 08.10.2026
11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı
10:58 08.10.2026
Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı