Azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib.
O bildirib ki, Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib.
"Biz bu yardımı yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.











































