Çin Avropa İttifaqının 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır

Çin Avropa İttifaqının 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
DÜNYA
09:20 21.07.2025
222
Çin milli şirkətlərin hüquqlarını qorumaq üçün Avropa İttifaqının (Aİ) 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.

Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Pekin təkid edir ki, Avropa Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etsin.

"Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq", - Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi iyulun 19-u qüvvəyə minib. Siyahıya Çinin dörd şirkəti də düşüb. Bunlar "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK" (Honkonq Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçib), "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry" şirkətləridir.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR